Ukrayna xarici işlər naziri Dmitro Kuleba və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ukraynalı nazir "Twitter" səhifəsində paylaşım edib.
"Ukrayna və Türkiyə liderlərinin danışığına əsasən türkiyəli həmkarımla telefon danışığı apardım. Biz taxıl dəhlizinin fəaliyyətini və ukraynalı məhbusların azad edilməsini təmin etmək üçün gələcək addımları və laqələrimizi müzakirə etdik",- deyə paylaşımda bildirilib.
Milli.Az