Radio Yayım Qovşağının maşını qarət olundu
12 May 2010 16:39
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, naməlum şəxs Bakı sakini 54 yaşlı Qüdrət Salahovun idarə etdiyi Qovşağa məxsus "Avia" markalı avtomobildən 1 ədəd "Motorolla" markalı rabitə ötürücüsünü götürərək qaçıb.
Keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Lənkəran rayon sakini, 30 yaşlı Mətləb Əsgərov tutularaq istintaq orqanına verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az