Soçidə Zəngəzur dəhlizi də müzakirə olunub

2 Noyabr 2022 16:12

"Soçidə keçirilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi müzakirə olunub".

Milli.Az report-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.

Milli.Az