Beynəlxalq astronomlar qrupu son səkkiz ildə ən böyük və potensial təhlükəli asteroidi kəşf edib.
Milli.Az bildirir ki, işin nəticələri "The Astronomical Journal"da təsvir edilib.
Çilidəki "Cerro Tololo" Amerikalararası Rəsədxanasında dörd metrlik "Viktor Blanko" teleskopunda yerləşən "Dark Energy Camera"dan (DECam) istifadə edərək "NOIRLab" proqramı çərçivəsində Yerə yaxın üç asteroidi aşkar edib. Obyektlərin kəşfi olduqca problemli olub, çünki onlar Yer və Venera arasında müşahidə edilməsi çətin olan orbitdə yerləşiblər və parlaq günəş işığı tədqiqata mane olub.
İlk asteroid 2022 AP7-dir, eni 1,5 kilometrdir, onun orbiti nə vaxtsa planetimizlə qarşılaşa bilər. 2021 LJ4 və 2021 PH27 adlı digər iki obyekt Yer üçün təhlükə yaratmır. 2021 PH27 Günəşə ən yaxın asteroid olduğu üçün alimlərin xüsusi marağına səbəb olub.
Bəzi göy cisimlərinin potensial təhlükəsini hesablamaqla yanaşı, asteroidləri müşahidə etmək günəş sistemində kiçik cisimlərin paylanmasını, həmçinin Günəşin və cazibə qüvvəsinin onların parçalanmasına təsirini başa düşmək üçün lazımdır.
İrfan Vəliyev
Milli.Az