Ajda Pekkan xəstəxanaya yerləşdirildi

2 Noyabr 2022 13:13

Türkiyəli müğənni Ajda Pekkan xəstəxanalıq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının meneceri Oğuz Arınmış məlumat yayıb. O bildirib ki, Pekkan evdə yıxıldıqdan sonra omda sümüyündə çat yaranıb. Bundan sonra xəstəxanaya aparılan ifaçı əməliyyat olunub.

Bu səbəbdən onun qarşıdan gələn konsertləri təxirə salınıb.

Milli.Az