Azərbaycanda yüksək vəzifəli şəxslər qəzaya düşdülər

2 Noyabr 2022 10:21

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəqliyyat vasitəsində olan şəxslər - "Azərişıq" ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Milli.Az