Bakıda bu yollar bağlanacaq: Təmir işləri...

2 Noyabr 2022 09:49

Bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun "Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

Milli.Az