Çılpaq şəkilləri yayılan gəlin məşhur qayınanası ilə münasibətlərdən danışdı

2 Noyabr 2022 23:22

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklinin həyat yoldaşı Nikola Peltz "The Times" jurnalına müsahibə verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o qayınanasıyla aralarında münaqişə olmasıyla bağlı şayiələrə münasibət bildirib:

"Aramızda dava, münaqişə yoxdur. Heç bir ailə möhtəşəm deyil". 

O, bu xəbərlərin gəlinliyə görə yayıldığını, ancaq libas vaxtında hazır ola bilməyəcəyi üçün başqa modelyerə üz tutduğunu söyləyib.

Milli.Az