55 yaşlı futbolçu vurduğu qolla dillərə düşdü - VİDEO

2 Noyabr 2022 19:08

Futbol üzrə Yaponiya milli komandasının sabiq hücumçusu, 55 yaşının olmasına baxmayaraq, hələ də peşəkar karyerasını davam etdirən Kazuyoşi Miura növbəti dəfə adından söz etdirib.

O, Yaponiya çempionatının dördüncü divizionunda penaltidən fərqlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Miura vurduğu qoldan sonra qələbə sevincini özünəməxsus şəkildə qeyd edib.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Kazuyoşi Miura Yaponiya millisindən əlavə, İtaliyanın "Genoa", Xorvatiyanın "Dinamo" (Zaqreb), Braziliyanın "Santos" kimi məşhur klublarında çıxış edib.

Milli.Az