Dövlət Departamenti: ABŞ və Rusiya G20 sammitində təmasda olmayacaq

2 Noyabr 2022 07:21

Böyük İyirmiliyin zirvə görüşündə Abş və Rusiya nümayəndələri arasında ünsiyyət planlaşdırılmır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Sammitdə ABŞ və Rusiya arasında hansısa müzakirənin olacağını gözləmirəm" - deyə Prays qeyd edib.

Qeyd edək ki, Böyük İyirmiliyin zirvə görüşü 15-16 oktyabrda İndoneziyanın Bali şəhərində keçiriləcək.

Milli.Az