Serbiya Prezidenti orduya əmri verdi - "Döyüşə hazır ol!"

1 Noyabr 2022 21:23

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə arasındakı gərginliyə görə orduya "döyüşə hazır ol" əmrini verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu haqda Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bu barədə yerli yerli televiziya kanalında ölkəsi ilə Kosovo arasındakı problemlərə dair açıqlama verən zaman danışıb.

"Prezident Aleksandar Vuçiç orduya hazır olmağı əmr etdi. Hazırda ordu Kosovodakı vəziyyətlə əlaqədar hazırlıq vəziyyətindədir", - deyə Vuçeviç bildirib.

Milli.Az