"Naftoqaz" şirkətinin rəhbəri istefa verdi

1 Noyabr 2022 21:21

Ukraynanın "Naftoqaz" enerji şirkətinin icraçı direktoru Yuri Vitrenko istefa verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə şirkətin "Telegram" hesabında məlumat verilib.

Ukrayna Nazirlər Kabineti 1 noyabr 2022-ci il tarixli qərarı ilə Ukraynanın "Naftoqaz" şirkətinin idarə heyətinin sədri Yuri Vitrenkonun istefasını təsdiqləyib.

Yuriy Vitrenko səlahiyyətini noyabrın 3-dək davam etdirəcək.

Milli.Az