Ərdoğanla Putin "taxıl sazişi"inin icrasını müzakirə ediblər

1 Noyabr 2022 18:12

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tərəflər bir sıra regional məsələləri, o cümlədən, "taxıl sazişi"inin icrasını müzakirə ediblər.

Qeyd olunur ki, prezident R.T.Ərdoğan "taxıl dəhlizi" ilə Ukrayna limanlarından nəqlin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.

Milli.Az