Mingəçevirdə 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb

1 Noyabr 2022 09:51

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, 2004-cü il təvəllüdlü Bahadur Hüseynov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Əflatun Məhərrəmovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az