İtaliyada güclü zəlzələ olub

1 Noyabr 2022 08:12

İtaliyanın Kalabriya regionu sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu bildirib.

Məlumata əsasən, zəlzələnin ocağı 286 kilometr dərinlidkə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az