Mask “Twitter”in direktorlar şurasını istefaya göndərib

1 Noyabr 2022 08:40

İlon Mask "Twitter"in direktorlar şurasını istefaya göndərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilmiş sənədlərdə deyilir.

Xatırladaq ki, "Twitter"i aldıqdan dərhal sonra Mask şirkət rəhbərliyinin bir neçə üzvünü, o cümlədən baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqalı işdən çıxarıb.

Direktorlar şurasında kimin qaldığı barədə hələlik məlumat verilməyib.

Milli.Az