Məşhur milyarder Rusiya vətəndaşlığından imtina edib

31 Oktyabr 2022 22:50

Rusiyalı məşhur milyarder Oleq Tinkov Rusiya Federasiyası vətəndaşlığından imtina edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.

Bildirilib ki, Oleq Tinkov Rusiya vətəndaşlığından imtina qərarını açıqlayıb.

O, öz hərəkətini müharibə əleyhinə olmadığı ilə izah edib.

"Mən bu pasporta sahib olmaqdan utanıram",- deyə rusiyalı milyarder yazıb.

Milli.Az