Rusiya humanitar dəhlizdə hərəkəti dayandırıb

31 Oktyabr 2022 22:13

Rusiya "Qara Dəniz Təşəbbüsü" ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti yolverilməzdir, çünki Kiyev bu dəhlizdən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Rusiyanın "Qara Dəniz Təşəbbüsü"ndən çıxmadığı, razılaşmaların fəaliyyətini dayandırdığı vurğulanıb.

Milli.Az