Goranboyun icra başçısının müavini vəzifəsindən azad olundu

31 Oktyabr 2022 20:37

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov vəzifəsindən azad edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quluyev müvafiq sərəncam imzalayıb.

O, 2020-ci ilin sentyabrında bu vəzifəyə təyinat almışdı.

R.Qurbanovun yerinə hələ təyinat yoxdur.

Milli.Az