“Delimitasiya işləri üçün sərhəddə təhlükəsizlik təmin edilməlidir” - Paşinyan

31 Oktyabr 2022 16:07

"Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaların açılmasına razıdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə deyib: 

"Ermənistan ərazisindən keçən kommunikasiyalar rəsmi İrəvanın nəzarətində olmalıdır".

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur.

Paşinyan Putinə bildirib ki, delimitasiya işləri üçün sərhəddə təhlükəsizlik təmin edilməlidir.

Milli.Az