Paşinyan: "Rusiyanın təklif etdiyi layihə bizim üçün məqbuldur"

31 Oktyabr 2022 16:05

"Qarabağ məsələsinə gəldikdə isə, Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın təklif etdiyi layihə bizim üçün məqbuldur".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə deyib: 

"Ermənistan üçün vacib olan məsələ Azərbaycan qoşunlarının suveren ərazimizi və Qarabağda rusiyalı sülhməramlıların nəzarətindəki əraziləri tərk etməsidir. Ermənistan ərazisindən keçən kommunikasiyalar isə Ermənistanın nəzarətində olmalıdır".

Milli.Az