İzdihamda ölənlər arasında 24 yaşlı müğənni də var

31 Oktyabr 2022 15:56

Seulda faciə ilə nəticələnən Hellouin şənliyi zamanı k-pop müğənnisi, aktyor Li Cihan da vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 24 yaşlı məşhurun bayram zamanı izdihamda həlak olan 153 qurbandan biri olduğu ortaya çıxıb.

Qeyd edək ki, Li 2019-cu ildə Koreya dramı "Bugün Namhyun üçün başqa bir gün idi"də də rol alıb.

Onu da qeyd edək ki, faciə ilə bağlı Cənubi Koreyada noyabrın 5-dək milli matəm elan olunub.

Milli.Az