Canlı yayımda işdən qovuldu - VİDEO

31 Oktyabr 2022 12:04

Twitter mikrobloqinq servisinin yeni sahibi İlon Mask şirkətin senzura departamentinin rəhbəri Vicaya Qaddanı onlayn translyasiya edilən söhbətə çağırıb.

Milli.Az bildirir ki, "Space X" və "Tesla" korporasiyalarının sahibi, amerikalı milyarder Mask heç bir xəbərdarlıq etmədən Qaddaya "İşdən qovuldun" deyərək onu vəzifəsindən kənarlaşdırıb.

Vicaya Qadda Twitter-də siyasət və təhlükəsizlik məsəloələri üzrə direktoru, şirkətin baş hüquqşünası idi.

Dezinformasiya ilə mübarizə, "zərərli açıqlamalar"a görə istifadəçilərin akkauntlarına qoyulan yasaqlar və s. barədə o qərar verirdi.

V.Qadda ABŞ-ın sabiq prezidenti Donald Trampın Twitter-dəki akkauntunun dondurulması barədə qərar qəbul etmişdi.

Milli.Az