Şir üç yaşlı uşağı parçalayıb

1 Noyabr 2022 01:48

Hindistanın Qucarat ştatının Savarkundla şəhərində şir üç yaşlı Nitina Rakeşhbhaya Mehdaya hücum edərək onu parçalayıb.

Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Hüquq-mühafizə orqanları itən və axtarışa verilən oğlanın meyitini ailənin fermasından tapıb. Uşağın bədəninin bəzi hissələri olmadığı aşkarlanıb. Ehtimal olunur ki, aslan Mehdanı sürüyərək əzalarını qoparıb.

Meşə təsərrüfat işçiləri yırtıcını tutmaq ümidi ilə tələlər qurublar. Bununla belə, şir hələ də tutulmayıb.

İrfan Vəliyev
Milli.Az