İbrahim Tatlısəsin də olduğu qəza ilə bağlı məhkəmə qərar verdi

31 Oktyabr 2022 19:01

Müğənni İbrahim Tatlısəsin də içində olduğu avtomobil qəzası ilə bağlı Bodrum Respublika Prokurorluğu qərar verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində yük maşınının sahibi cəzalandırılmayıb.

Muğlanın Bodrum rayonunda İbrahim Tatlısəsin olduğu mikroavtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 8 nəfər yaralanıb. Yaralılar yük maşını sürücüsü Gültekin Gülsoydan şikayətçi olmayıb. Hakim ona cəza verilməyəcəyini bildirib. 

Milli.Az