Keçmiş baş nazirin avtomobili jurnalisti vurdu

31 Oktyabr 2022 21:07

Pakistanlı telejurnalist Sədəf Naim  keçmiş baş nazir İmran Xanın avtomobilinin altında qalaraq həlak olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Express Tribune məlumat yayıb.

Hadisə jurnalist İmran xanın tərəfdarlarının yürüşünü işıqlandırarkən baş verib. Kütlənin qadını itələməsi nəticəsində o, avtomobilin altına düşüb.

Hadisədən sonra yürüş dayandırılıb, İmran xan jurnalistin ölümü ilə bağlı başsağlığı verib. 

Milli.Az