Konserti zamanı evlilik təklifi aldı - VİDEO

31 Oktyabr 2022 13:00

Müğənni Aleksandr Qreçanik konserti zamanı həmkarı Elvira Tuquşevaya (Elvira T təxəllüsü ilə tanınır) evlilik təklifi edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, xanım ifaçı təkliflə razılaşıb.

"Sən mənim həyatımdakı ən yaxşı nəsnəsən. Mən heç kəsi səni sevdiyim qədər sevməmişəm. Mən həyatımı səninlə yaşamaq istəyirəm", - deyə Qreçanik Tuquşevaya üzüyü uzadıb.

O, isə təəccübünə baxmayaraq, çox düşünmədən "Mən də səni çox sevirəm. Bəli!", - deyə cavab verib.

Hazırda Tuquşevanın 28 yaşı var. O, musiqi karyerasına 15 yaşında ikən başlayıb. İndi Elvira yeni bəstələr buraxır, konsertlər verir və sosial şəbəkələrdə fəaldır.

Milli.Az