Soydaşımız bu ölkənin müdafiə naziri oldu

31 Oktyabr 2022 08:35

İraqın yeni hökumətində soydaşımız da yer alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Telafər türkmanı (İraqdakı türkmanlar azərbaycanlılardır), Mosuldan seçilən millət vəkili, təqaüddə olan hərbçi Sabit Məhəmməd Halaybəyliyə (Sabit Məhəmməd Səid Rza Abbasi) İraqın yeni hökumətində müdafiə naziri vəzifəsi tapşırılıb.

Qeyd edək ki, İraqın yeni qurulan hökumətində daha bir soydaşımıza yer alacağı gözlənilir.

Milli.Az