2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Milli.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.
- Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub.
- Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb.
- Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub. Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışıb.
- Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilməsinin videogörüntüsü yayılıb.
- Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edib.
- Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılmasının videogörüntüsü yayılıb.
Milli.Az