Ukrayna daha bir Rusiya helikopterini məhv etdi

30 Oktyabr 2022 22:04

Ukrayna Hərbi Hava Qüvvələri Xarkov vilayətində Rusiyaya məxsus daha bir hərbi helikopteri məhv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Helikopterin "Şərq" hərbi-hava qüvvələrinin zenit-raket kompleksləri tərəfindən vurulduğu bildirilib.

Helikopterin modeli açıqlanmır.

Milli.Az