"Sevgilimlə münasibətimdə ciddi deyiləm"

31 Oktyabr 2022 03:22

Türkiyəli aktyor Kubilay Akanın bloger sevgilisi Danla Bilic verilişlərin birində münasibətləri barədə danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bilic aparıcının "Evlilik düşünürsünüz? Gördüyüm qədəriylə Kubilayın münasibəti ciddidir" sualına belə cavab verib:

"Kubilay mənim həyatımdır, amma onunla evlənməyi düşünmürəm. Çox gəncəm. O ciddi ola bilər, amma mən deyiləm".

Qeyd edək ki, cütlüyün sevgili olduğu ötən ay üzə çıxıb.

Milli.Az