"Frayburq"la oyundan öncə "Qarabağ"da ağır itki

30 Oktyabr 2022 18:20

"Qarabağ" ciddi itki ilə üzləşib. 

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, komandanın yarımmüdafiəçisi Filip Ozobiç zədələnib. 

O, Azərbaycan Premyer Liqasının 12-ci turunda "Şamaxı" ilə keçirilən matçın 17-ci dəqiqəsində meydanı tərk edib.

Milli.Az