Tofiq Yaqubluya ağır itki

30 Oktyabr 2022 16:34

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya ağır itki üz verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun atası Rəşid Yaqublu vəfat edib.

Bu barədə T.Yaqublunun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, R.Yaqublu gecə saatlarında infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Yaqublunun atası Gürcüstanda yaşayırdı.

Milli.Az