Hüseynbala Mirələmovun Tiktokla bağlı açıqlaması müzakirələrə səbəb oldu

30 Oktyabr 2022 17:48

Sabiq deputat Hüseynbala Mirələmov yeni açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, o, APA TV-yə müsahibəsində sosial şəbəkələrə qarşı olduğunu bildirib.

Sabiq deputat bildirib ki, əgər əlində səlahiyyət olsaydı, TikToku bağladardı. Onun bu fikri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Milli.Az