Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada öldü

30 Oktyabr 2022 15:00

Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə oktyabrın 26-da Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində baş verib.

İdarə etdiyi avtomobili aşıran sürücü 19991-ci il təvəllüdlü Rzayev Toğrul Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Aparılan müalicə tədbirlərinə baxmayaraq o bu gün xəstəxanada vəfat edib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az