Azərbaycan XİN Koreya Respublikasına başsağlığı verdi

30 Oktyabr 2022 11:00

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Koreya Respublikasına başsağlığı verib.

Bu barədə Nazirlik tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik".

Milli.Az