Rusiyada "Telegram" bloklanıb

30 Oktyabr 2022 11:40

Rusiyada "Telegram" servisinin "t.me" domen səhifəsinə girişi məhdudlaşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti bildirib.

Bildirilib ki, bu tədbir Baş Prokurorluğun tələbi ilə görülüb.

"Roskomnadzor"un səhifələrin və saytların bloklanmasının yoxlanılması üzrə universal servisində Baş Prokurorluğun 29 oktyabr tarixli tələbi ilə "Telegram" messencerinin "t.me" qısa keçidlərinin domeninin səhifəsinə məhdudiyyət qoyulması barədə məlumat yerləşdirilib.

Milli.Az