ABŞ ölkə tarixinin ən böyük illik büdcə kəsiri ilə üzləşdi

30 Oktyabr 2022 10:12

Amerika Birləşmiş Ştatları tarixin ən böyük illik büdcə kəsiri ilə, yəni 1,4 trilyon dollara qədər azalma ilə üzləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden öz tviter səhifəsində məlumat verib.

"Bu il kəsir 1,4 trilyon dollara qədər azalıb. Bu, Amerika tarixində ən böyük illik enişdir"-deyə, o bildirib.

Eyni zamanda, ABŞ prezidenti Respublikaçılar Partiyasının nümayəndələrinin vətəndaşların və biznes qurumlarının vergi yükünün azaldılması üçün təklif etdiyi tədbirin effektiv olacağı ilə razılaşmayıb:

"Əksinə, büdcə kəsirinin əlavə olaraq daha 3 trilyon dollara yaxın artmasına səbəb ola bilər".

Milli.Az