Hindistanda yanacaq daşıyan yük maşını partladı - Ölənlər var

30 Oktyabr 2022 08:40

Hindistanın şimal-şərqində yanacaq tankerində partlayışla müşahidə olunan yanğın nəticəsində azı 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Hadisə nəticəsində 18 nəfər xəsarət alıb.

Yerli sakinlərin verdiyi məlumata görə, hadisə yanacağın boşaldılması zamanı baş verib.

Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az