“KTMT yoxdur” - Paşinyandan qalmaqallı açıqlama

29 Oktyabr 2022 23:53

"2021-ci ilin yanvar razılaşmasının mühüm məqamlarından biri də Ermənistanın sərhədlərinin müttəfiqlərimiz üçün qırmızı xətt olması idi"​.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu oktyabrın 29-da hakim "Mülki Müqavilə" partiyasının qurultayında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"KTMT mövcud deyil, çünki KTMT-nin üzv dövlətlərin sərhədləri daxilində qapalı olan məsuliyyət zonası var. Əgər dövlətlərdən birinin sərhədi yoxdursa, deməli, KTMT-nin məsuliyyət zonası yoxdur, yəni təşkilatın özü də yoxdur", - deyə Baş nazir bildirib.

Paşinyan çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının isə düzgün fəaliyyət göstərmədiyini qeyd edib.

Milli.Az