Somalidə silahlıların nazirliyə hücumu: 30 ölü

29 Oktyabr 2022 23:48

Somalinin paytaxtı Moqadişonun mərkəzində "Aş-Şabab" terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu zamanı 30 nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə şənbə günü "Sky News Arabia" telekanalı məlumat yayıb.

Hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.

Milli.Az