Bolqarıstan Türkiyə ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb

29 Oktyabr 2022 21:14

Bolqarıstan-Türkiyə sərhədindəki bütün keçid məntəqələri oktyabrın 29-dan 30-na keçən gecə bağlı olacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sərhədin bağlanmasına səbəb Türkiyə tərəfdən informasiya sistemlərinin yenilənməsidir.

Milli.Az