Türkiyəli erməni deputat İrəvana getdi - FOTO

29 Oktyabr 2022 20:17

Oktyabrın 29-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Türkiyə parlamentinin deputatı Karo Paylanı qəbul edib.

Milli.Az turkustan.az-a istinadən xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın "Facebook" səhifəsində foto əlavə edilmiş paylaşımından məlum olub.
 
Qeyd olunur ki, iki saatdan çox davam edən söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivlərindən gedir.
 
Söhbətə sonradan birinci prezidentin baş müşaviri Jirayr Liparityan da qoşulub.

Milli.Az