Ələt-Astara yolunda mikroavtobus aşdı - 8 nəfər xəsarət alıb

29 Oktyabr 2022 14:39

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Milli.Az