Xoşqədəm toyuna elə gəlinlik geyinib ki... - ŞOK RƏQƏM - FOTO

29 Oktyabr 2022 19:18

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Doğuşla toyunda geyindiyi gəlinliyinin qiymətini açıqlayıb.

Bu barədə o, "Günaydın, Azərbaycan" proqramında deyib.

Hidayətqızı efirə gələn sığınacaq uşaqlarını görəndən sonra gəlinliyini satmaq qərarına gəlib:

"Onun üzərindəki daşlar əl işləridir. Doğuşun bir dostu var idi, o, hazırlamışdı. Mən bu uşaqları görəndə düşündüm ki, gəlinliyi satım. Pulunu isə uşaq sığınacağına bağışlayacam. Libas auksiona qoyulacaq", - deyə, o bildirib.

Jurnalistin həyat yoldaşı Doğuş efirdə xanımının toy libasının qiymətinin 11 min dollar olduğunu açıqlayıb.

Milli.Az