Safuranın əri ilə bağlı PAYLAŞIMI - FOTO

30 Oktyabr 2022 05:06

12 il əvvəl Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyev ilə bağlı paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, İstanbulda restoranların birində şam yeməyi zamanı həyat yoldaşı ilə çəkdiyi selfiləri sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Safura yayımladığı şəkillərə "Sən mənim xoşbəxt yerimsən" şərhini yazıb. 

Qeyd edək ki, Safura-Fərhad cütlüyünün Ayşə adlı bir qızı, İskəndər və Natiq adlı iki oğlu var. Fərhad Əliyev keçmiş energetika naziri mərhum Natiq Əliyevin oğludur. 

Milli.Az