Yarpaq tökümünə əsəbləşdi, qonşusunun ağacını güllələdi

29 Oktyabr 2022 17:55

Qonşunun ağacından tökülən yarpaqlar Belçikanın Lyej şəhərinin sakinini təngə gətirib. 

Milli.Az lent.az-a istindən xəbər verir ki, 84 yaşlı kişi hər gün xəzəl toplamaqdan bezdiyi üçün ağacı atəşə tutub. Lakin o bir-neçə güllə atdıqdan sonra polis hadisə yerinə gəlib.

Sənədsiz tüfəng müsadirə olunub, kişiyə isə bir neçə sutkalıq həbs verilib. O isə çıxdıqdan sonra "xəbərçilik edəni" cəzalandırmağa söz verib.

Milli.Az