Azərbaycan bu il nə qədər buğda alıb?

29 Oktyabr 2022 19:14

Bu ilin yanvar-sentyabr aylarında 744,2 min ton buğda idxal edilib.

Milli.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən buğdanın dəyəri 262 milyon dollar olub.

Qeyd edək ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 182,7 milyon dollar olmaqla 689,6 min ton buğda idxal edilib.

Milli.Az