Bakıda 21 yaşlı qız çəngəl uddu - FOTO

29 Oktyabr 2022 08:14

Bakıda 21 yaşlı gənc qız çəngəl udub.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Aysel Həmidova (Ad şərtidir) özün qusdurmaq üçün çəngəldən istifadə edib. Bu zaman çəngəl boğazına girib.

Dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko" xəstəxanası) təcili yardımına aparılıb.

Daha sonra o, özəl klinikalardan birinə alınaraq, orada əməliyyat olunub.

Milli.Az