Rusiyada “Qazel” benzindaşıyanla toqquşub: 7 ölü

29 Oktyabr 2022 08:30

Rusiyanın Belqorod şəhərində sərnişin "Qazel"inin iştirakı ilə ağır qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru məlumat verib.

Qubernator bildirib ki, "Qazel"in yol kənarında dayanan benzindaşıyan avtomobilə çırpılması nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Milli.Az